AZ

“Canavar” ləqəbi qızı “qanuni oğru”nu həbsə apardı

Xəbər verildiyi kimi, Gürcüstan Daxili İşlər Nazirliyi kriminal dairələrdə “Gela Tbilisski” kimi tanınan “qanuni oğru” Gela Cocuanı saxlayıb.

“Cebheinfo.az” xəbər verir ki, internetdə Gela Cocuanın qızı, MMA döyüşçüsü Liana Cocuanı görməyə gəldiyi iddia edilən video yayılıb.

Onun sərhədi necə keçdiyi və hansı sərhəd məntəqəsindən Gürcüstana daxil olduğu məlum deyil. OGela həm “oğru dünyası”na mənsub olmaqda, həm də cinayətkar qruplaşmaya rəhbərlik etməkdə ittiham olunub. Ona qarşı qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə və narkotik vasitələrin qanunsuz əldə edilməsini nəzərdə tutan iki maddə ilə istintaq başladılıb.

Bildirilir ki, qanuni oğru Ortaçala rayonundakı dostu - keçmiş dövlət qulluqçusu, əvvəllər “Tbilservis”ə rəhbərlik etmiş Aleko Kvaçadzenin evində saxlanılıb.

“Prime Crime” yazır ki, 57 yaşlı “qanun oğru” qarışıq döyüş sənəti döyüşçüsü, “Canavar” ləqəbli 29 yaşlı qızı Liananı dəstəkləmək üçün vətəninə qayıdıb.

Dekabrın 14-də iki illik fasilədən sonra Rusiyanın “Axmat” döyüş klubunda mübarizə aparan Liana Tbilisidə keçirilən GFC turnirində braziliyalı Jaklin Ferreyra ilə döyüşdə rəqibini ilk raundda texniki nokautla məğlub edib.  İndi Liananın rekorduna səkkiz qələbə və altı məğlubiyyət daxildir. O, Fight Nights Global çempionunun titullu iştirakçısıdır.

Gela Cocua qızının doğulmasından bir il sonra, 1996-cı ildə “oğru ailəsi”nə qoşulub. 

Bu yaxınlarda həbs olunmazdan əvvəl onun dörd məhkumluğu olub. Gela ilk cəzası olan 8 ili  1986-cı ildə Kutaisi qarnizonunun hərbi tribunalının quldurluq və silahlara görə çıxardığı hökmlə alıb. 

Gələcək “oğru”nun tərcümeyi-halı onun Sovet ordusu sıralarında xidmət etdiyini göstərir. Bir il sonra, Rustavi koloniyasında cəzasını çəkərkən qaçdığı üçün daha altı il müddətinə azadlıqdan məhrum edilib. Növbəti iki məhkumluq - 2006 və 2012-ci illərdə olub. Bu zaman o, artıq “oğru” statusunda idi.Gela bu dəfə Moskva rayon məhkəmələri tərəfindən narkotik maddələrə görə məhkum edilib.

O vaxtdan bəri “oğru” uzun saqqal saxlayır və görünüşü köhnə bir narkomana çox az bənzəyir. İndi onu gürcü məhkəməsinin ağır cəzası gözləyə bilər.

Seçilən
48
18
cebheinfo.az

10Mənbələr