AZ

Suriyanın yeni hakimiyyəti kürd yaraqlılar qarşısında şərt qoyub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Suriyanın yeni hakimiyyəti ölkənin şimalında fəaliyyət göstərən PPK-çılardan (Kürdüstan Fəhlə Partiyası) silahı qeyd-şərtsiz yerə qoymağı tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb.
Bildirilib ki, Dəməşqdəki yeni hakimiyyətin nümayəndələri ilə PKK arasında iki görüş keçirilib. Bu görüşlərdə PKK və onun Suriya qolu olan "Xalq Özünümüdafiə Qüvvələri"nin emissarları silahı yerə qoymaq tələbinin müqabilində Suriyanın şimalında ABŞ ilə birlikdə nəzarət etdikləri neft yataqlarının bərabər bölüşdürülməsini, eləcə də yaradılacaq Suriya ordusunda bir diviziya və ya ordu korpusu tələb ediblər.
Lakin Suriyanın yeni hakimiyyəti irəli sürülən tələbləri geri çevirərək PKK-dan və "Xalq Özünümüdafiə Qüvvələri"ndən silahı qeyd-şərtsiz yerə qoymağı tələb edib.
Seçilən
38
50
oxu.az

10Mənbələr