AZ

Dünya 2024-də ən isti ilini YAŞADI

Avropa Birliyinin Copernicus peyk izləmə sistemi 2024-cü ilin ən isti il ​​kimi qeydə alındığını açıqlayıb.

Medianews.az “TRT haber”ə istinadən xəbər verir ki, açıqlamaya görə, 2024-cü il,  1850-ci ilə qədər uzanan qlobal istilik rekordlarında ən isti il ​​olub.

Qlobal orta temperatur 15,10 dərəcə, 1991-2020-ci illərin orta göstəricisindən 0,72 dərəcə, əvvəlki ən isti il ​​olan 2023-cü ildən isə 0,12 dərəcə yüksək olub.

Beləliklə, 2024-cü il 1850-1900-cü illəri əhatə edən “sənayedən əvvəlki dövr”ün orta göstəricisini 1,5 dərəcə üstələyən ilk il olub. 2023-cü il qeyd olunan orta göstəricini 1,48 dərəcə üstələyib.

2024-cü il iyulun 22-də 17,16 dərəcə ilə gündəlik qlobal orta temperaturun yeni rekordu qeydə alınıb. 2024-cü ilin yanvarından iyun ayına qədər hər ay əvvəlki ilin eyni ayına nisbətən daha isti olub. 2024-cü ilin yayı həm də tarixdə ən isti yay olub.

Açıqlamada Copernicus İqlim Dəyişikliyi Xidmət direktoru Carlo Buontempo aşağıdakı bunları deyib:

“Bütün beynəlxalq səviyyədə hazırlanmış qlobal temperatur məlumat dəstləri göstərir ki, 2024-cü il qeydlərin başladığı 1850-ci ildən bəri ən isti ildir. Bəşəriyyət öz taleyinə cavabdehdir, lakin bizim iqlim probleminə necə cavab verəcəyimiz dəlillərə əsaslanmalıdır. Tez və qətiyyətli hərəkət hələ də gələcək iqlimimizin gedişatını dəyişə bilər”.

 

Seçilən
40
16
medianews.az

10Mənbələr