AZ

Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir- ÖZƏL

"Dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsində əsas diqqət göstərdiyi uğurlar sırasında COP29-a ev sahibliyimiz və D-8 təşkilatına üzv qəbul edilməyimiz xüsusi yer tutur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Cənab İlham Əliyev yanvarın  7-də  yerli  telekanallara müsahibəsində  bu mühüm məqamı  qeyd etdi ki, regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi.  Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı. Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Bu, ölkəmiz üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
50
olaylar.az

10Mənbələr