AZ

Naxçıvanda özəlləşdirmədən və icarədən daxilolmalar kəskin artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 23,5 faiz artaraq 2,8 milyon manata yaxın olub. 

Hesabat dövründə Xidmət tərəfindən 220 dövlət əmlakı özəlləşdirilib ki, bu da 2023-cü illə müqayisədə 39,2 faiz çoxdur. 

Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 87,6 faiz artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, 2024-cü ildə dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 538,1 min manat vəsait daxil olub ki, bu da əvvəlkli illə müqayisədə 87,6 faiz  çoxdur.

2024-cü ildə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 147 müqavilə bağlanıb, 171 icarə müqaviləsinin müddəti uzadılıb. 

Naxçıvan özəlləşdirmə icarə
Seçilən
36
1
marja.az

10Mənbələr