Bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.
O qeyd edib ki, Rusiya Federasiyası Ermənistana qarşı iqtisadi siyasətini bu şəraiti nəzərə alaraq quracaq.
Maraqlıdır, Ermənistanın Aİ-yə daxil olmaq haqqında qanun layihəsinin müzakirəsi Rusiya və Ermənistan arasındakı münasibətlərə necə təsir edəcək?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov bildirib ki, bu Rusiya tərəfindən birmənalı qarşılanmamalıdır:

“Ermənistan həm də Rusiyanın da olduğu Avrasiya İqtisadi İttifaqında üzvdür. Bu üzvlük davam edərkən Ermənistanın belə bir addım atması Rusiya tərəfindən birmənalı qarşılanmamalı idi. Bu proses onu göstərir ki, Rusiyanın bu məsələ ilə bağlı bir münasibəti olacaq. Bu gözlənilən idi. Rusiya bu münasibəti özünə xəyanət hesab edir. Çünki Ermənistan digər bir təşkilatda üzv olduğu halda belə bir addım atır. Bu anlamda bu cür reaksiyalar təbii ki, gözlənilən idi”.
O qeyd edib ki, bu məsələdən sonra Rusiya və Ermənistan münasibətləri daha da kəskinləşəcək:
“Rusiya Ermənistanı buna görə cəzalandırmağa çalışacaq. Yaxın günlərdə iki dövlət arasında olan münasibətlərin pozulacağını görəcəyik. Ermənistanın hazırda quru yol vasitələrindən biri Rusiya vasitəsilədir. Rusiya ilə böyük mal dövriyəsi var. Bu da onun üçün çətinliklər yaradacaq”.
Leyla
Demokrat.az
10Mənbələr
-
demokrat.azErmənistan Aİ-yə üzv olarsa, onun üzünə hansı qapılar bağlanacaq? — AÇIQLAMA ( 15147467)
-
demokrat.azErmənistan Aİ-yə üzv olarsa, onun üzərinə hansı qapılar bağlanacaq?— AÇIQLAMA ( 15147445)
-
vaxt.azZəif olmaq şansımız yoxdur ( 15145687)
-
azadmedia.azMoskva Qərbin Ermənistan üzərində nəzarəti ilə razılaşmaq niyyətində deyil » AzadMedia.az ( 15104107)
-
xalqqazeti.az“Jewish Press” Ərdəbil imamının təxribatçı çıxışından yazıb ( 15092715)
-
demokrat.azKreml hədiyyə yağdırdığı ekspertlər, siyasətçilərə dur deməlidir — Millət vəkili ( 15090039)
-
aia.az"İran özünün düşmənçilik yolundan əl çəkməsə, iki ölkə arasındakı münasibətlər daha da pisləşəcək" - Deputat ( 15074903)
-
baki-xeber.comİran hakimiyyətində "gizli əl"(?) Azərbaycanla münasibəti daim pozur... ( 15072899)
-
referans.azTehranın Bakı ilə bağlı gizli niyyəti: Əliyevin mesajından sonra iki gözlənilməz qərar ( 15067905)
-
newscenter.azBakı Tehrana toksik siyasətdən əl çəkməyi tövsiyə edir ( 15062391)