AZ

Rusiya və İranın tərəfdaşlıq müqaviləsi bağlayacağı vaxt AÇIQLANDI

Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi 20 il müddətinə bağlanacaq. 

Demokrat.az
xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali deyib.

Onun sözlərinə görə, İran parlamenti bu müqavilə imzalandıqdan sonra onu ratifikasiya etməlidir.
Yanvarın 17-də Moskvada Vladimir Putin və Məsud Pezeşkian arasında danışıqlar baş tutacaq. 

İki ölkə liderlərinin əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini, ticarət-investisiya, nəqliyyat-logistika, humanitar, o cümlədən regional və beynəlxalq aktual məsələləri müzakirə edəcəkləri gözlənilir. 

Putin və Pezeşkian həmçinin 47 maddədən ibarət və ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edən hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar.


Əfsanə Kamal
Demokrat.az
Seçilən
5
50
demokrat.az

10Mənbələr