İstanbulda saxta spirtli içkidən kütləvi zəhərlənmə olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Əldə edilən məlumata görə, 26-sı əcnəbi olmaqla ümumilikdə 38 nəfər saxta spirtli içki qəbul etdikdən sonra şəhərin müxtəlif xəstəxanalarına şikayətlə müraciət edib.
"24 saat ərzində xəstəxanaya yerləşdirilən 38 nəfərdən 11-i dünyasını dəyişib", - deyə agentlik bildirib.