Tərtər rayonunun Qaradağlı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, "unikal" yanan evin Birinci Qarabağ müharibəsi şəhidi Vəli Abbasovun ailəsinə məxsus olduğunu bildirib.
Abbasov Vəli Tapdıq oğlu 1992-ci il aprelin 11-də Ağdərə rayonunun Şıxarx qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.