Bakı. Trend:
Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2025-ci il tarixinəaktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 110% artaraq,2,084 milyard manat səviyyəsində olmuşdur.
Bankın kredit portfelinin həcmi 799,9 milyon manat təşkiletmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 79% çoxdur.
Hesabat dövründə Bankın gəlirləri 58% yüksəlməklə 146,5 milyonmanat, xərcləri 125,1 milyon manat olmuşdur.
2024-cü ildə Azər Türk Bank 21,3 milyon manat həcmində xalismənfəət əldə etmişdir ki, bu da ötən dövrdəki göstəricidən 52%çoxdur.
Bankın məcmu kapitalının həcmi 26% artaraq, 98,9 milyon manatolmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 117% artımla 1,9 milyard manatsəviyyəsindədir.
Əhali tərəfindən Banka 213 milyon manat məbləğində əmanətqoyulmuşdur. Ümumilikdə Bank 1,5 milyard manat həcmində depozitcəlb etmişdir.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,40%, kapitalıngəlirlilik əmsalı (ROE) 23,6% təşkil etmişdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosialşəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edəbilərsiniz.