AZ

Ronaldo “Əl-Nəsr”in ortağı olacaq


Portuqaliyalı hücumçu Kriştianu Ronaldo komanda ilə müqaviləsi uzadılacağı təqdirdə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun ortağı olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.
Məlumata görə, futbolçu komanda ilə müqaviləsini bir il müddətinə uzatmaq niyyətindədir ki, bu baş verərsə, Ronaldo 183 milyon avro qazanacaq və klubun səhmlərinin müəyyən bir hissəsinə sahib olacaq.
Qeyd edək ki, Ronaldonun 39 yaşı var və 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir. Onun hazırkı müqaviləsi 2025-ci ilin iyununda başa çatır.
Portuqaliyalı bu mövsüm klubda 20 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə verib.
Ronaldo beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibi, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Kubokları tarixinin bombardiridir.
Seçilən
0
10
yeniavaz.com

10Mənbələr