Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim Rəşad Sultan deyib.
O bildirib ki, hamiləlik yenidən baş verdikdə uşaqlıq böyüyür, genişlənir:
"Hamiləliyin ilk günlərindən başlayaraq uşaqlıqda yığılmalar baş verir. Sona doğru yığılmalar artır və uşaqlığın yırtılması təhlükəsi yaranır. Tibbdə hər məsələ olduğu kimi bu da mübahisəli məsələdir. Risk o qədər deyil ki, qısa müddətdə hamilə qalan qadınlara uşağı düşürtməyi məsləhət görək. Bəzi həkimlər bu təklifləri edirlər. Qadınlar qorxur və riskə getmək istəmirlər".
Onun sözlərinə görə, əvvəllər qeysəriyyə çapığının ölçülməsi məsələsi var idi:
"Bu daha çox Sovet səhiyyəsinin tətbiq etdiyi üsul idi. Çapığın böyüklüyü və qalınlığı ölçülürdü. Bizim həkimlərdən çoxu orada təhsil aldığı üçün bu üsulu tətbiq edirdilər. Qərb səhiyyəsində və sübuta əsaslanan tibbdə belə anlayış yoxdur. Azərbaycan Türkiyə təhsilli həkimlər artdıqca çapığın ölçülməsi məsələsi ləğv edilib.
Xəstənin vəziyyəti daha çox klinik olaraq dəyərləndirilir. Xəstənin ağrılarına, gedişata görə qərar verilir. Çapığın qalınlığına görə qərar vermək hiperdiaqnostika olur. Nəticədə həddən artıq xəstəxana yatışı, vaxtından əvvəl müdaxilələr olur. Bu üsul tibbi cəhətdən əsaslandırılmayıb".
Qeyd edək ki, Respublika Klinik Xəstəxanasında ana ölümü qeydə alınıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, pasiyent xəstəxanaya hospitalizasiya edilərkən əvvəlki qeysəriyyə çapığı bölgəsində şiddətli ağrılar hiss etdiyini bildirib.
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
demokrat.az"Xəstə, yaşlı, avtobusa minə bilməyən insanlar heç olmasa ucuz qiymətli taksidən istifadə edirdilər" — AÇIQLAMA ( 15148715)
-
demokrat.az"Bu kimi layihələri ictimai nəqliyyatda görmək sevindirici haldır" — Nəqliyyat eksperti ( 15148271)
-
hakimiyyet.azBakının yeni NƏQLİYYAT TRENDİ: Velosiped və skuterlər ( 15147259)
-
newscenter.azNəqliyyat sahsindəki çağırışlara optimal cavab kompleks və sistemli yanaşmadan keçir ( 15142371)
-
baki-xeber.comSon 15 ilin nəqliyyat layihələrinin səmərəsi gündəmə gətirildi... ( 15134701)
-
olaylar.azBakıda şəxsi maşınlardan istifadə məhdudlaşacaq – Yeni qaydalar gəlir ( 15134557)
-
modern.azBakının nəqliyyat damarı şaxələnəcək - Müşavirədən GÖZLƏNTİLƏR ( 15119703)
-
interpress.azNəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib ( 15102823)
-
apa.azNəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib, Prezident çıxış edib - VİDEO - YENİLƏNİB ( 15102141)
-
leqal.infoNəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib, Prezident çıxış edib ( 15100735)