AZ

Bayden Oval ofisdən xalqa vida müraciəti edib

Səlahiyyət müddəti yanvarın 20-də başa çatan ABŞ-nin 46-cı prezidenti Co Bayden Oval ofisdən xalqa vida müraciəti edib.

Xezerxeber.az-ın məlumatına görə, yerli vaxtla axşam saat 20:00-da (Bakı vaxtı ilə yanvarın 16-sı 05:00) başlayan müraciət zamanı Bayden, administrasiyasının nailiyyətləri barədə danışıb və onların gələcək illərdə davam edəcəyinə ümid etdiyini bildirib. O, xarici siyasət uğurları sırasında NATO-nun güclənməsini, Ukraynanın hələ də azad olmasını, Çinlə rəqabətdə ABŞ-ın üstünlüyünü vurğulayıb.

Co Bayden həmçinin müasir dünyanın üzləşdiyi təhdidlər barədə danışıb.

O çıxışının sonunda amerikalıların güvəndiyi ideyalara inandığını bildirib və ölkəsini sevdiyini qeyd edib.

Seçilən
10
1
xezerxeber.az

8Mənbələr