Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları Rusiyanın Voronej vilayətində neft anbarına hücum edib.
Xezerxeber.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində ərazidə yanğın başlayıb.
Bölgə rəhbəri Aleksandr Qusevin sözlərinə görə, neft bazasının ərazisinə bir neçə PUA hücum edib.
İlkin məlumata görə, itki yoxdur.