AZ

Trampın andiçmə mərasimi qapalı yerdə keçiriləcək

Yeni seçilmiş prezident Donald Trampın yanvarın 20-si keçiriləcək andiçmə mərasimi paytaxt Vaşinqtonda gözlənilən sərt soyuq hava şəraiti səbəbindən Kapitol binasının içərisinə keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Donald Tramp açıqlayıb.

“Mən çox soyuq hava səbəbindən dualar, digər çıxışlar və andiçmə nitqinin 1985-ci ildə Ronald Reyqanın da etdiyi kimi Birləşmiş Ştatların Kapitol binasının rotundasında səsləndirilməsi tapşırığını verdim. Biz bu tarixi hadisəni canlı izləmək və Prezident paradını keçirmək üçün bazar ertəsi “Capital One Arena”nı açacağıq. And içdikdən sonra orada izdihama qoşulacağam”,- deyə o bildirib.

O, soyuq havanın yanvarın 20-də saatlarla çöldə olacaq onminlərlə hüquq-mühafizə orqanları əməkdaşları, ilkin tibbi müdaxilə heyəti, hətta polis itləri və atları, yüzminlərlə tərəfdarlar üçün təhlükəli olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Vaşinqtonda andiçmə mərasiminin daha əvvəl Kapitol binasının qərb həyətində keçirilməsi planlaşdırılırdı.

Sonuncu dəfə Ronald Reyqan 1985-ci ildə soyuq hava səbəbindən Kapitol binasının rotundasında and içib. Onun inauqurasiya paradı təxirə salınıb.

Bizim.Media

Seçilən
11
19
bizim.media

10Mənbələr