AZ

Şəkidə idarəetmədən çıxan avtomobil ağaca dəydi - Xəsarət alan var

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Oğuz-Şəki avtomobil yolunun Şəki rayonunun Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki sakini Samir Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Nəticədə avtomobildə olan sərnişin, Şəki sakini 1984-cü il təvəllüdlü Tural Abbasov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Seymur Əli

Mənbə: unikal.az

Seçilən
44
9
unikal.az

10Mənbələr