AZ

Ərdoğan buna görə Nazirlər Kabinetini toplayır

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün keçiriləcək Nazirlər Kabinetinin iclasında daxili və xarici hadisələrlə yanaşı iqtisadiyyat əsas gündəm mövzusu olacaq.

“Cebheinfo.az” xəbər verir ki, iclasında “Terrordan azad Türkiyə” hədəfinə doğru atılan addımlarla bağlı son hadisələr müzakirə olunacaq. 

Bu çərçivədə təhlükəsizlik qüvvələrinin əməliyyatları və regional təhlükəsizlik tədbirləri ilə bağlı qiymətləndirmələrin aparılması gözlənilir.

Xarici siyasətdə HƏMAS və İsrail arasında atəşkəs razılaşması, Suriyada yeni administrasiya ilə mümkün əməkdaşlıq müzakirə olunacaq. Türkiyənin bu məsələlərə yanaşması və strategiyaları görüşün mühüm mövzuları arasında olacaq.

Həmişə olduğu kimi, iclasın əsas gündəm maddələrindən biri də iqtisadiyyat olacaq. İnflyasiya ilə mübarizə, artım templəri və məşğulluq kimi mövzularda qiymətləndirmələr aparılacaq, mümkün yeni qərarlar müzakirə ediləcək.

Görüşdən sonra Prezident Ərdoğanın ictimaiyyətə açıqlama verməsi gözlənilir. Ərdoğanın görüşdə alınan qərarlar və qiymətləndirmələr barədə məlumat verəcəyi bildirilib.

Seçilən
7
17
cebheinfo.az

10Mənbələr