AZ

Ermənistanın Avropa İttifaqına qoşulması ilə bağlı qanun layihəsi müzakirə olunur – ÖZƏL

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ölkənin Avropa İttifaqına (Aİ) qoşulması ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarıldığını bildirib. Nazir vurğulayıb ki, bu təşəbbüs vətəndaş cəmiyyətindən irəli gəlib və konkret mexanizmlər və ya zaman çərçivələri nəzərdə tutmur. 

Olaylar.az xəbər verir ki, bu barədə Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdən sonra mətbuat konfransında açıqlama verib.

Mirzoyanın sözlərinə görə, təşəbbüs Ermənistan Konstitusiyasına uyğun olaraq həyata keçirilib və 50 min imza toplanaraq qanun layihəsinə çevrilib. Qanun layihəsinin parlamentdə səsverməyə çıxarılacağını bildirən nazir, ölkə hökumətinin təşəbbüsü dəstəklədiyini, parlamentdəki iqtidar partiyasının da bunu dəstəkləyəcəyini qeyd edib:
"Bunun nəticələri barədə gələcəkdə qərar veriləcək. Qanun layihəsi hazırda başqa bir məqsəd daşımır."

Aİ-yə üzvlüyün Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə necə uyğunlaşdırılacağı barədə sualı cavablandıran Mirzoyan bu iki format arasında ziddiyyətlərin mövcud olduğunu təsdiqləyib:
"Bu məsələ gündəmə gələndə daha dərin təhlillər aparılacaq."

Xatırladaq ki, Sergey Lavrov Ermənistanın xarici işlər naziri ilə danışıqları məhsuldar adlandırıb. Lavrov vurğulayıb ki, tərəflər arasında konstruktiv dialoq baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
50
olaylar.az

10Mənbələr