Vladimir Zelenski Kiyevin Şimali Atlantika Alyansına üzvlüyü məsələsində Qərb ölkələrini yalan danışmaqda və Ukraynaya qarşı ədalətsiz davranmaqda ittiham edib. AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, Almaniya və ABŞ-ın Ukraynanın NATO-ya üzv olub-olmaması ilə bağlı qərar verməməsindən narazılığını bildirib.“Düzünü desəm, bəzi güclər tərəfindən bu, çox şəffaf siyasət deyildi və onlar bizi NATO-da dəstəkləmədilər. Ukrayna NATO-da olacaq, çünki bu, Ukraynanın onilliklər öncədən haqqıdır. Bu, Ukraynaya və ukraynalılara qarşı haqsızlıq idi” - deyə o, Davosda keçirilən Dünya İqtisadi Forumunda beynəlxalq media nümayəndələrinə danışarkən deyib. Ukrayna liderinin fikrincə, "Vaşinqton və Berlin həmişə ona istinad edirlər ki, nə vaxtsa ruslarla hansısa razılaşmaları olub". "Mənim bir ukraynalı kimi sualım var: niyə bizsiz birdən-birə bizim haqqımızda müqavilələr bağladınız? Biz müstəqil ölkəyik. Məncə, bu, ədalətsiz davranışdır" - deyə o əlavə edib.Zelenskinin sözlərinə görə, Ukraynanın alyansa üzvlüyü ABŞ-dan və prezidentin mövqeyindən asılıdır: "Əgər Donald Tramp Ukraynanı NATO-da görməyə hazırdırsa, hamı bunun tərəfdarı olacaq və prezident Tramp bizi NATO-da görməyə hazır deyilsə, bu olmayacaq”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta