AZ

Qazaxıstan kurort zonalarında üç yeni hava limanı tikəcək

Yazını böyüt
Yazını kiçilt

Qazaxstan prezidenti Qasım-Jomart Tokayevin tapşırığı ilə ölkə ərazisindəki kurort zonalarından 3-də hava limanlarının tikintisinə başlanılıb.

Hafta.az-ın yazdığına görə, daxili turizmi və sərnişin hava nəqliyyatını inkişaf etdirmək üçün 2025-ci ildə ölkədə Zaysan, Katon-Qaraqay və Kəndirli kurort zonalarında üç yeni hava limanının tikintisinə start verilib. Bu layihələrin həyata keçirilməsi həmin regionların iqtisadiyyatının inkişafına təkan verəcək, həm yerli, həm də xarici turistlərin axınına öz töhfəsini verəcək.

Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu layihələr yerli əhali üçün əlavə iş yerləri yaradacaq.

Eyni zamanda, böyük qovşaqların inkişafı üçün hava nəqliyyatı infrastrukturunun modernləşdirilməsi çərçivəsində 2024-cü ildə üç yeni sərnişin terminalı - Almatı, Çimkənd və Qızılordada istifadəyə verilib.

“Almatı Beynəlxalq Hava Limanının yeni terminalı – obyektin ötürücülük qabiliyyəti ildə 2,5 milyondan 14 milyon, Çimkənd hava limanının yeni terminalı ildə 800 mindən 6 milyona sərnişinə qədər artırılıb. Beynəlxalq hava marşrutlarının sayı 10-a, uçuşlar həftədə 24-ə çatdırılıb. Ciddə, Mədinə (Səudiyyə Ərəbistanı), Doha (Qətər), Fu Quoc (Vyetnam) və Fuketə (Tailand) uçuşlar açılıb. Qızılorda Beynəlxalq Aeroportu “Korkit Ata”nın buraxılış qabiliyyəti ildə 300 mindən 2 milyon sərnişinə yüksəlib. Bu gün Qızılordadan 25 daxili reys həyata keçirilir”, - nazirlikdən bildirilib.

Departamentdən bildirilib ki, Qazaxıstanın “Air Astana”, “SCAT”, “Qazaq Air”, “Fly Arystan” aviaşirkətləri Qazaxıstanın 19 şəhərinə müntəzəm uçuşlar həyata keçirir.

“Hər il Qazaxıstanda hava nəqliyyatı 10-15 faiz artır. 2024-cü ildə Qazaxıstan aviaşirkətləri təxminən 15 milyon insanı daşıyıb, hava limanları xarici aviaşirkətlər də daxil olmaqla 30 milyon sərnişinə xidmət göstərib. Sərnişin daşınması ilə yanaşı, hava yük daşımalarının həcmi də artır”, - məlumatda deyilir.

Qeyd olunur ki, yerli şirkətlərin parkı hər il 10-15 təyyarə ilə tamamlanır. 2025-ci ilin əvvəlinə təyyarələrin sayı 102-yə yüksəlib.

Seçilən
32
19
hafta.az

10Mənbələr