AZ

"Turanbank"ın xalis faiz gəlirləri - 40% ARTIB

 2024-cü ildə "Turanbank" 81,4 milyon manat faiz gəliri əldə edib.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

 Bu da ötən ilin sonu ilə müqayisədə 9 milyon manat və ya 11% çoxdur.

Faiz gəlirlərinin böyük hissəsi, yəni 81,1 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub ki, bu da illik 9,4 milyon manatdan çox və ya 13% artıqdır.

Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 2,6 milyon manata bərabər olub

Faiz xərcləri isə 984 min manat və ya 2% artaraq 47,6 milyon  manat təşkil edib.

Faiz xərcinin də böyük hissəsini - 37 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 1,3 milyon manat və ya 4% çoxdur.

Beləliklə bankın xalis faiz gəlirləri 41,9 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 11,9 milyon  manat və ya 40% çoxdur.

Seçilən
50
50
fed.az

10Mənbələr