İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli QHT.az-a verdiyi açıqlamada Azərbaycanın suverenliyinin ölkə üçün böyük bir nemət olduğunu vurğulayıb. O bildirib ki, suverenlik həm siyasi, həm də iqtisadi azadlıqların təmin olunmasında mühüm rol oynayıb.
Eyyub Kərimli qeyd edib ki, suverenlik əldə edildikdən sonra ölkədə genişmiqyaslı iqtisadi və hüquqi islahatlar həyata keçirilib. Bu islahatlar nəticəsində bazar iqtisadiyyatı inkişaf edib, özəl mülkiyyət və biznes mühiti formalaşıb, milli sahibkarlıq zümrəsi yaranıb:
“Ölkə İqtisadiyyatının inkişafı bundan daha da şaxələndirilmişdir. Ölkəmizin neft, qaz sektoru inkişaf etmişdir. Biz artıq bu gün dünya iqtisadi əlaqələrimiz iqtisadi dövriyyəmiz böyümüşdür, inkişaf etmişdir. Bu gün bizim sahibkarlar həm də xarici ölkələrdə fəaliyyət göstərirlər, investisiya yatırlar ölkəmizə xarici investisiyalara cəlb olunurdu. Bu da müstəqilliyin belə bariz nümunəsidir ki, ölkəmiz heç nədən asılı olmayaraq azad və sərbəst iqtisadi siyasət həyata keçirir, insanlarımız bundan bəhrələnir, insanlarımızın rifahı artır".
QHT sədri həmçinin vurğulayıb ki, ölkəmiz maliyyə cəhətdən heç bir dövlətdən asılı deyil və xarici borcların miqdarı beynəlxalq təcrübəyə əsasən azdır. Bu, Azərbaycanın suverenliyinin və müstəqilliyinin möhkəm təməl üzərində qurulduğunu sübut edir.
Sonda Eyyub Kərimli Azərbaycanın iqtisadiyyatının inkişaf etməyə davam etdiyini və suveren ölkə kimi iqtisadi gücünü daha da artıracağını qeyd edib.
Pərvanə Fərhadqızı
QHT.az