“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov, QHT.az-a verdiyi açıqlamada mina təhlükəsizliyi və ərazilərin bərpası məsələsində dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığının əhəmiyyətinə toxundu. O, “Konstitusiya və Suverenlik ili” çərçivəsində bu sahədə görülən işlərin daha da genişlənməli olduğunu vurğuladı.
Hafiz Səfixanov, bu məsələnin yalnız bir neçə il ilə həll oluna bilən bir problem olmadığını qeyd edərək, “Bizim problemimiz 3-5 ilin məsələsi deyil, uzun müddətli problemdir. Buna görə də, mina təhlükəsizliyi və ərazilərin bərpası ilə bağlı əməkdaşlıq əvvəlki illərdə olduğu kimi və imkan olarsa, daha böyük miqyasda davam etdirilməlidir” dedi.
O, əməkdaşlığın artırılmasının vacibliyini qeyd edərək, “Bu əməkdaşlıq artan xətt ilə davam etməlidir ki, insanlarımızı bu bəladan daha tez xilas edə bilək” ifadələrini istifadə etdi. Səfixanov, bu əməkdaşlığın həm dövlət, həm də qeyri-hökumət sektorunun birgə səyləri ilə daha səmərəli olacağına inandığını vurğuladı.
Pərvanə Fərhadqızı