Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova, 29 yanvar tarixində keçirilən bələdiyyə seçkiləri ilə bağlı özəl açıqlama verib. QHT.az-a müsahibəsində Səfərova, seçkiləri təşkilatının müşahidəçisi kimi izlədiyini və seçki prosesinin yüksək səviyyədə keçirildiyini vurğulayıb.
QHT sədri bildirib ki, Suraxanı rayonu 31 saylı dairəsi üzrə 18 məntəqədə müşahidə aparıb: "Hər zaman olduğu kimi dünən keçirilən bələdiyyə seçkiləri də Azərbaycanın seçki ənənəsinə uyğun olaraq çox şəffaf və demokratik keçdi. Bu dəfə də seçkilərin keçirilməsi prosesində şəffaflıq, seçicilərin hüquqlarının qorunması və demokratik prinsiplərin tətbiq olunması diqqət çəkdi."
Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, həmçinin, seçkilərin nəticələrinin cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bələdiyyə üzvlərinin seçilməsi ilə əlaqədar daha geniş islahatların və təkmilləşdirmələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Pərvanə Fərhadqızı