AZ

97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə 94 nəfər bələdiyyə üzvü seçiləcək

Tərtər, 29 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Tərtər rayonunda bələdiyyə seçkiləri uğurla keçir. Tərtərli seçicilər məntəqələrə gələrək səsvermə hüquqlarından istifadə edirlər.

97 saylı Tərtər-Ağdərə-Goranboy dairə seçki komissiyasının sədri Həmid Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məntəqələrdə səsvermənin azad, demokratik və şəffaf keçməsi üçün hər cür şərait yaradılıb. Dairə üzrə 8 bələdiyyəyə ümumilikdə 94 nəfər bələdiyyə üzvü seçiləcək. Qeydə alınan namizədlərin sayı 185 nəfərdir. Səsvermənin gedişini 552 nəfər yerli müşahidəçi izləyir.

Seçki dairəsinin digər məntəqələrində olduğu kimi, 1 nömrəli tam orta məktəbinin binasında yerləşən 8 saylı məntəqədə də səsvermə yüksək səviyyədə keçirilir. Məntəqə seçki komissiyasının sədri Ziyafət Rüstəmova bildirib ki, səsvermənin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Məntəqə üzrə səsvermə hüququ olan 775 nəfər seçici var. Seçicilər səhər saatlarından başlayaraq ruh yüksəkliyi ilə vətəndaşlıq borclarını yerinə yetirir, layiq bildikləri namizədlərə səs verirlər.

Səsvermədə iştirak edən Etibar Pirməmmədov deyib: “Bu gün seçki məntəqəsinə gələrək sərbəst şəkildə səs verdim. Səsvermə şəffaf, demokratik keçir. Məntəqədə seçicilər üçün yaradılan şəraitdən razıyam. Ümid edirəm ki, seçilən bələdiyyə üzvləri xalqımıza ləyaqətlə xidmət edəcəklər”.

Səsvermənin gedişini izləyən müşahidəçilər seçki zamanı heç bir qanun pozuntusuna rast gəlmədiklərini bildiriblər.

Seçilən
20
38
azertag.az

10Mənbələr