AZ

AZƏRBAYCAN DEMOKRAT PARTİYASININ BƏYANATI

ADP 29 yanvar 2025-ci il tarixində keçirilən növbəti bələdiyyə seçkiləri ilə bağlıbəyanat qəbul edib. Bəyanatda deyilir:29 yanvar 2025-ci il tarixində ölkədə keçirilən növbəti bələdiyyə seçkilərində ADPmüxtəlif bələdiyyələrə 15 nəfər şəxsin namizədliyini irəli sürmüşdür. Həmin mamizədlərdən 7nəfər müxtəlif səbəblərə görə öz namizədliyinin irəli sürülməsindən imtina etmiş, 8 nəfər partiyaüzvünün namizədliyi isə qeydə alınmış və seçki kampaniyasında iştirak etmişlər. Bəzi bürokratikəngəllər istisna olunmaqla ADP adından bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsində,imzatoplama kampaniyasında və namizədlərin qeydə alınmasında maneələr qeydə alınmamışdır.ADP adından bələdiyyə seçkilərində iştirak edən namizədlər təbliğat-təşviqatkampaniyası zamanı Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraqseçicilərlə görüşmək və seçki platformalarını seçicilərə çatdırmaq hüquqlarından istifadə edəbilmişlər.ADP adından yüz nəfərə yaxın müşahidəçi 29 yanvar 2025-ci il tarixində keçirilənnövbəti bələdiyyə seçkilərində səsverməni müşahidə imkanına malik olmuşdur.ADP 29 yanvar 2025-ci il tarixində ölkədə keçirilən növbəti bələdiyyə seçkilərinin ilkinyekunlarını dəyərləndirərək hesab edir ki, vətəndaşlarda bələdiyyə seçkilərində iştiraka marağınvə səsvermə günü seçici aktivliyinin zəif olmasını nəzərə alınaraq xalqın bələdiyyələrə olaninamının və marağının artırılması naminə Azərbaycanın da qoşulduğu “Yerli Özünüidarəhaqqında” Avropa Xartiyasının tələblərinə uyğun olaraq Bələdiyyələrin Statusu HaqqındaAzərbaycan Respublikası Qanunu təkmilləşdirilməli və bələdiyyələrin nüfuzu artırılmalıdır.ADP bələdiyyə institutlarının real statusa malik olacağını böyük hərbi zəfərlə öz ərazibütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan dövlətinin unitar quruluşununqorunmasına və möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edir.

Seçilən
12
10
turanpress.com

10Mənbələr