AZ

“NATO Ukraynaya yardımı artırmalıdır” - Alyansın Baş katibi

“Münaqişənin səhv trayektoriyasını dəyişmək üçün NATO Ukraynaya yardımı azaltmamalı, əksinə artırmalıdır”.

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.

“Biz Ukraynaya dəstəyi artırmalıyıq və münaqişənin trayektoriyasını dəyişməliyik, çünki cəbhədə baş verənlər yanlışdır, bu dəyişdirilməlidir”, - deyə siyasətçi vurğulayıb.

Omun sözlərinə görə, Ukrayna münaqişəsi geosiyasi əhəmiyyət kəsb edir, ona görə də bütün Qərb ölkələri Kiyevə dəstək verməkdə iştirak etməlidirlər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
28
5
missiya.az

10Mənbələr