AZ

Trampın “sehirli çubuğu” neft qiymətlərini AŞAĞI SALDI

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,21% ucuzlaşaraq 78,05 dollara bərabər olub.

Bizim.Media xəbər verir ki, bu, ABŞ prezidenti Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumunda neftin qiymətinin aşağı salınması ilə bağlı verdiyi bəyanatlardan sonra qiymətlər sürətlə azalmağa başlayıb.

Belə ki, Tramp Davosda çıxışı zamanı Səudiyyə Ərəbistanı və OPEC-dən neft qiymətlərini aşağı salmağı xahiş edəcəyini bildirib. Bu, Amerika prezidentinin fikrincə, Ukrayna münaqişəsinə son qoymağa kömək edəcək.

Bizim.Media

Seçilən
16
45
bizim.media

10Mənbələr