AZ

Rusiya pilotsuz təyyarələri Kiyev vilayətinə hücum edib: 3 nəfər ölüb

Yanvarın 24-nə keçən gecə Rusiyaya məxsus pilotsuz təyyarənin Kiyev vilayətinə hücumu nəticəsində azı 3 nəfər həlak olub.

Herbiand.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti özünün Telegram kanalında məlumat yayıb.

Məlumata görə, Brovarı şəhərində 1965 və 1966-cı il təvəllüdlü evli cütlük dünyasını dəyişib. Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik bildirib ki, pilotsuz təyyarənin parçaları onların şəxsi evinə düşüb, bundan sonra yanğın başlayıb.

Kiyev vilayətinin Fastiv rayonunda 10 mərtəbəli yaşayış binasının üzərinə pilotsuz təyyarənin dağıntıları düşməsi nəticəsində daha bir şəxs, 36 yaşlı kişi ölüb. Bina qismən dağılıb. 150 sakin təxliyə edilib. Onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya pilotsuz təyyarələrinin bir neçə qrupu Çerniqov vilayəti vasitəsilə Brovarıya hücum edib. Dronlar Poltava, Nikolaev, Kirovoqrad, Vinnitsa və Xmelnitski vilayətləri üzərində də uçuşlar həyata keçirib. Yerli administrasiya xəbər verir ki, Sumi bölgəsi üzərində bir gecədə 14 Şahed pilotsuz təyyarəsi vurulub.

Seçilən
12
50
herbiand.az

10Mənbələr