“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələri gələn həftə açıqlanacaq.
AzEdu.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev açıqlayıb.
Onun sözlərinə görə, AZAL təyyarəsinin “qara qutu”larının məlumatları Braziliyada tam olaraq oxunub və Qazaxıstana qaytarılıb.