AZ

Macarıstanın Baş naziri: Aİ-nin Rusiyaya qarşı sanksiyaları səbəbindən təxminən 19 milyard avro itirmişik

Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları səbəbindən təxminən 19 milyard avro itirib.

“Report” Macarıstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Viktor Orban bildirib.

"Son üç ilin rəqəmlərinə nəzər salsaq, Macarıstanın sanksiyalarla əlaqədar təxminən 19 milyard avro itirdiyini görərik", - o qeyd edib.

V.Orban Aİ-nin yanvarın 31-dək Rusiyaya qarşı sanksiyaların müddətinin daha altı ay uzadılması barədə qərar qəbul etməli olduğunu xatırladaraq, Avropa ölkələrinin liderlərini bu cür siyasətin davam etdirilməsinin məqsədəuyğun olub-olmaması üzərində düşünməyə çağırıb.

Qeyd edək ki, daha əvvəl yanvarın 27-də Aİ ölkələrinin XİN başçılarının Brüsseldə keçiriləcək iclasında bu məsələyə baxılacağı barədə məlumat verilmişdi.

Seçilən
15
26
report.az

10Mənbələr