AZ

AZAL təyyarəsinin vurulması: yeni çirkin oyunlar başlanıb

2024-cü il dekabrın 25-də AZAL-ın "Embraer e-190" sərnişintəyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması rus təbliğat maşınıüçün Azərbaycana qarşı növbəti çirkin kampaniya başlatmaq üçün birbəhanəyə çevrildi.

Bu çirkin oyunlarda məqsəd hadisənin əsl səbəbkarlarındandiqqəti yayındırmaq və məsuliyyəti Azərbaycanın üzərinə atmağa cəhdgöstərməkdir.

Bakı-Qroznı marşrutu üzrə uçuş həyata keçirən AZAL təyyarəsiRusiya hava məkanında fiziki və texniki xarici müdaxilənin qurbanıoldu. Azərbaycan tərəfi artıq təkcə təyyarəyə atəş açan şəxsideyil, həm də bu cinayətkar əmri verəni müəyyən edib. Fəqəthəqiqətin üzə çıxarılması istiqamətində əməkdaşlıq etmək əvəzinə,Rusiya tərəfi fərqli bir yol seçdi: yalan ittihamlar axını vəvəziyyətin süni şəkildə gərginləşdirilməsi.

BAZA kanalı tərəfindən Qroznı, Rostov-Don və Aktau dispetçerləriilə AZAL təyyarəsinin ekipajı arasında aparılmış danışıqlarındeşifrə olunması bu ssenarinin bir hissəsinə çevrildi. Qazaxıstanınbaş nazirinin müavini Kanat Bozumbayevin haqlı olaraq qeyd etdiyikimi: “İnternetdə kiminsə nəyi isə dərc etməsi onun həqiqətolduğunu göstərmir. "Qara qutu"ların məzmunu tamamilə fərqlidir”.Bu açıqlama təbliğat xarakterli iddiaların əsassızlığını tamamiləortaya qoyur.

Rus təbliğatı AZAL qəzası ilə 2020-ci ildə Azərbaycanhərbçilərinin Rusiya vertolyotu Mi-24-ü vurduğu hadisə arasındafəal şəkildə paralellər aparır. Halbuki belə absurd və primitivmüqayisələr təkcə əsassız deyil, həm də çərənçilik, cəfəngiyyatdır.Rusiyadakı bəlli dairələr və mass-media bilərəkdən bəzi açıqsualları cavabsız buraxır: 44 günlük İkinci Qarabağ müharibəsininqızğın vaxtında Rusiyanın hərbi vertolyotu Naxçıvan sərhədiyaxınlığında nə edirdi? Niyə o, radarlardan yayınmağa çalışaraqaşağı yüksəklikdə, transponderləri söndürülmüş vəziyyətdə uçurdu vəerməni hərbi kolonunu müşayiət edirdi?

2020-ci ildə Azərbaycan layiqli bir mövqe sərgilədi: Prezidentİlham Əliyev şəxsən Rusiya liderinə zəng edərək üzrxahlıq etdi,başsağlığı verdi, həlak olanların ailələrinə təzminatlar ödəməyitəklif etdi və istintaqın başlanmasına göstəriş verdi.

Moskvadakı bəlli dairələrsə indiki davranışlarını əsaslandırmaqüçün bu faktları yaddaşdan silməyə çalışır.

2023-cü ilin sentyabrında Qarabağda rus sülhməramlılarınınfaciəsi manipulyasiya kampaniyasının növbəti elementinə çevrilib.Azərbaycan tərəfi əvvəlcədən antiterror tədbirləri başlanmasıbarədə Rusiyanın Sülhməramlı kontingentini (RSK) xəbərdar etmişdi.Buna baxmayaraq, hərbçilərin bir qismi təlimatlara məhəl qoymadanbazanı tərk edərək döyüş zonasında hərəkət etdi və səhvən ermənihərbi hədəfi kimi tanındı.

Bu dəfə də Azərbaycan konfrontasiyaya yol vermədi, Prezidentsəviyyəsində üzrxahlıq olundu, cinayət işi qaldırıldı. Ancaq AZALhadisəsində olduğu kimi, rus təbliğatı bu vəziyyəti də təhrifetməyə üstünlük verərək Azərbaycana qarşı ittiham dalğası yaratmağaçalışdı.

Rusiyanın informasiya məkanında aparılan bütün bu qərəzlianti-Azərbaycan ritorikası açıq şəkildə koordinasiya edilmişxarakter daşıyır. Belə strukturların, o cümlədən FederalTəhlükəsizlik Xidmətinin (FSB), bu prosesdə iştirakı şübhədoğurmur. Faktların təhrif edilməsi, faciələrin əsl səbəblərindəndiqqətin yayındırılması və ikiüzlü standartlar - bunların hamısıAzərbaycanın nüfuzunu zədələməyə yönəlmiş vahid strategiyanınelementləridir.

Kreml yenə də adi taktikasına əl atır: konstruktiv dialoqəvəzinə düşmənçilik toxumu səpir. Rəsmi Bakı mövqeyində möhkəm vəardıcıl qalır. Heç bir təbliğat həqiqəti gizlədə bilməz vəMoskvadan məsuliyyətdən yayınmaq cəhdləri yalnız onun həqiqətqarşısında zəifliyini üzə çıxarır.

Rusiyadakı bəlli dairələr başa düşməlidir ki, anti-Azərbaycanritorikasının davamı iki ölkə arasındakı münasibətlərin geri dönüşüolmayan dərəcədə pozulmasına gətirib çıxara bilər. Azərbaycan özsuverenliyinə və tarixi ədalətə olan tələbkarlığını müdafiə etməyədavam edəcək. Moskvanın bugünkü siyasəti yalnız onun beynəlxalqarenadakı təcridini daha da dərinləşdirir və müttəfiqlərinibirdəfəlik itirmək riskini artırır.

Azərbaycan açıq və ədalətli münasibət tələb edir - nə az, nəçox. Lakin bu tələbləri nəzərə almamaq Moskva üçün yeni problemlərdoğuracaq. Kreml üçün artıq vaxtdır ki, insanlıq və beynəlxalqhüquq prinsiplərini xatırlasın. Əks halda, yaranan uçurum daha dadərinləşərək, hər iki ölkənin tarixinə ağır bir səhifə kimiyazılacaq.

Moskva öz rolunu yaxın tarixdə baş vermiş hadisələrdə unutmağaçalışsa da, Azərbaycan bütün həqiqətləri unutmur.

Xağırladaq ki, 1987-ci ilin sonu və 1988-ci ilin əvvəllərindəyüz minlərlə azərbaycanlı Ermənistan ərazisindən zorakı şəkildədeportasiya edildi. Bu prosesdə sabiq SSRİ-nin mərkəzihakimiyyətinin susqunluğu və biganəliyi diqqəti cəlb edir.Azərbaycan və Ermənistan rəhbərliyini bir gün ərzində dəyişməkgücündə olan Moskva, nədənsə, dinc əhalini terror edən silahlıerməni dəstələrini dayandırmağa gücsüz idi.

1990-cı ilin yanvarında Bakıda törədilən qanlı faciə - QanlıYanvar Günü - azərbaycanlıların milli-azadlıq hərəkatınınqəddarcasına yatırılması kimi tarixə düşdü. Sovet ordusunun əli iləyüzlərlə günahsız insan öldürüldü. Bu qırğının günahkarları kimləridi? Hara yox oldu həmin qətliamı törədənlərin siyahıları? SSRİ-ninhüquqi varisi olan Rusiya bu cinayətlərə görə cavab verməli, ədalətqarşısında hesabat təqdim etməlidir.

1992-ci ildə Xocalıda baş verən soyqırımı rus ordusunun 366-cıalayının iştirakı ilə həyata keçirildi. Bu alayın hərbçiləriyüzlərlə dinc azərbaycanlının amansız şəkildə qətlə yetirilməsindəbilavasitə iştirak etdilər. Azərbaycanın hüquq-mühafizə orqanlarıgenişmiqyaslı istintaq apararaq konkret günahkarlarımüəyyənləşdirdi. Amma beynəlxalq hüququn tələblərinə baxmayaraq, bucinayətkarları ədalət qarşısına çıxarmaqdan Moskvadakı rəsmidairələr imtina etdilər.

Birinci Qarabağ müharibəsi dövründə Rusiya Ermənistanı 1 milyarddollar dəyərində silahlarla təchiz etdi. Bu silahlardan və hərbitexnikadan istifadə edərək azərbaycanlıları öldürdülər, şəhər vəkəndlərimizi işğal etdilər. General Lev Roxlinin dedikləri buhəqiqətləri təsdiq edir. Bundan əlavə, Rusiya desantçılarıermənilərin tərəfində döyüşlərdə iştirak etdilər və hələ də cəzasızqaldılar.

Daha sonra, 1990-cı illərdə Moskvanın Azərbaycana qarşı blokadasiyasəti davam edirdi. 1994-cü ildə guya Azərbaycanın Çeçenistanahərbi yardım göstərməsi bəhanəsi ilə Rusiya sərhədləri bağladı vəölkəmizi beynəlxalq bazarlardan təcrid etməyə çalışdı. Di gəl, buiddialar üçün heç bir dəlil təqdim edilmədi.

2020-ci ildən sonra Rusiya Qarabağ münaqişəsini "dondurmaq" üçünəlindən gələni etdi. Qarabağdakı Rusiya sülhməramlıları özvəzifələrini yerinə yetirmək əvəzinə, çox vaxt erməni silahlıdəstələrinin qanunsuz hərəkətlərinə göz yumurdular. Hətta Rusiyasülhməramlı kontingentinin (RSK) zirehli texnikası silah-sursat vəerməni hərbçilərini daşıyan maşınları müşayiət edirdi.

2023-cü ilin martında Ermənistanın "Hraparak" qəzeti yazırdı ki,RSK əməkdaşları hər bir ərzaq maşınının Qarabağa daxil olması üçünəvvəl 1000-2000 dollar, sonra isə 10 min dollar rüşvət tələbedirdilər. Bu hallar, həmçinin, korrupsiya faktları ilə bağlı russülhməramlılarının nüfuzuna kölgə saldı.

1980-ci illərin sonu Azərbaycana qarşı növbəti xəyanət dövrüidi. Erməni separatizmini açıq şəkildə dəstəkləyən Rusiya dairələriazərbaycanlılara qarşı törədilən zorakılıqları görməzdən gəldi. Busiyasətin zirvəsi 1990-cı ilin yanvarında baş verdi. Sovetqoşunları Bakıya daxil olaraq "Qanlı Yanvar" kimi tarixə düşənqırğını törətdi.

2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsindəöz ərazi bütövlüyünü bərpa etdi və onilliklər boyu davam edənişğala son qoydu. Bu qələbə region üçün dönüş nöqtəsi oldu. Rusiyatəsirini qoruyub saxlamaq üçün münaqişəyə müdaxilə edərək atəşkəsinəldə olunması və Qarabağa sülhməramlıların yeridilməsinə nailoldu.

Bütün təxribatlara baxmayaraq, Azərbaycan öz prinsipialmövqeyində möhkəm dayandı.

Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdıqdansonra Kreml ritorikasını dəyişərək erməni rəhbərliyini tənqidetməyə başladı. Bu, ikili standartların növbəti nümunəsi idi.Moskvanın onilliklər boyu təzyiq aləti kimi istifadə etdiyi Qarabağartıq onun siyasətinin vasitəsi olmaqdan çıxdı.

Rusiyanın Qarabağa müdaxilə tarixi onun ambisiyalarının vəədalətsizliyinin canlı sübutudur. Bu regionda Moskvanın hər addımıyerli xalqların mənafeyi üçün deyil, nəzarət istəyi iləyönləndirilib.

Azərbaycan bütün dünyaya göstərdi ki, iradə gücü və prinsiplərəsədaqət ən çətin çağırışların öhdəsindən gələ bilər. İki əsr əvvəlbaşlayan Qarabağ faciəsi bu gün ədalətin qələbəsi ilə başaçatdı.

Bu dərslər unudulmamalıdır: azadlıq uğrunda mübarizə dayanmadandavam etdirilməli, tarix isə daim xatırlanmalıdır ki, bu faciələrbir daha təkrarlanmasın.

Azərbaycan xalqı və dövləti ədalət, tarixi məsuliyyət və hörməttələb edir. Bu tələblər ultimatum deyil, lakin Kreml anlamalıdırki, Bakı öz maraqlarını Moskvanın təsirindən asılı olmadan müdafiəetmək üçün resurslara, iradəyə və zamana malikdir.

Rusiyadakı bəlli dairələr özlərinə sual verməlidir: nə dahavacibdir - qürur, yoxsa sağlam düşüncə və praqmatizm? Ağıl vəhörmət üzərində qurulan siyasət Moskvanın Azərbaycana olan qalanetibarını xilas edə bilər. Lakin vaxt azalır.

Bakı ilə əməkdaşlıq yolu yalnız qarşılıqlı hörmət əsasındamümkündür. Əks halda, tarix Rusiyaya daha bir dərs verəcək.

Azərbaycan hər zaman dialoqa və çətin məsələlərin birgə həllinəhazır olub. Lakin bu, susacağımız anlamına gəlməməlidir. Moskvakeçmiş, indiki və gələcək məsuliyyətini xatırlamalıdır.

Həqiqət gec-tez üzə çıxacaq.

Seçilən
17
50
az.trend.az

10Mənbələr