2024-cü ildə Azərbaycandan 29 milyon 785 min dollar dəyərində 33 min 943 ton nar ixrac edilib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir.
2023-cü ildə Azərbaycandan 30 milyon 641 min dollar dəyərində 28 min 628 ton nar ixrac edilmişdi.
Beləliklə, Azərbaycandan nar ixracı 2024-cü ildə 2023-cü illə müqayisədə dəyər ifadəsilə 856 min dollar və ya 2,8% azalıb, miqdar ifadəsilə 5 min 315 ton və ya 18,6% artıb.
İxrac olunan 1 ton narın orta statistik dəyəri 2023-cü ildə 1070 dollar ikən, 2024-cü ildə 877,5 dollara düşüb.