Bakı. Trend:
Azərbaycanın güllə atıcısı Leyli Əliyeva Almaniyanın Münxenşəhərində təşkil olunan "H&N Kuboku"nda uğurlu çıxışı iləfərqlənərək bürünc medalın sahibi olub.
Trend-inməlumatına görə, Azərbaycan Atıcılıq Federasiyası "Facebook"hesabında bildirib ki, idmançı pnevmatik tapançadan 10 metrməsafəyə atəş açma yarışında 213.9 xal toplayaraq üçüncü yeritutub.
Qeyd edək ki, beynəlxalq turnir yanvarın 26-da başa çatacaq.