AZ

Tramp 30 gün ərzində ABŞ-da TikTok-la bağlı qərar verəcək - Yenilənib

ABŞ prezidenti Donald Tramp yaxın 30 gün ərzində ABŞ-da TikTok sosial şəbəkəsinin taleyi ilə bağlı qərar vermək niyyətindədir.Bu barədə Donald Tramp media nümayəndələrinə açıqlama verib.

"Bir çoxu mənimlə TikTok-la bağlı məsələni müzakirə edir, bunlar çox vacib insanlardır. Yəqin ki, yaxın 30 gün ərzində qərar verəcəm. Bunu etmək üçün 90 günüm var, Konqres mənə 90 gün vaxt verib. Biz bəlkə TikTok-u xilas edə bildik, məncə bu yaxşı olardı. Biz bunda çox maraqlıyıq və ABŞ bundan çox faydalanacaq.Mənim hüququm var ki, ölkəmiz üçün nəyin yaxşı olub olmamasından asılı olaraq onu satım və ya bağlayım. Bu, platforma uşaqlar və bəzi valideynlər tərəfindən sevilir və çox məşhurdur. Onu xilas edə bilsək, əla olar. Düşünürəm ki, bu məsələ iqtisadi baxımdan Amerika üçün yaxşı olardı”, – Tramp bunu jurnalistlərlə söhbətində deyib.

***

ABŞ prezidenti Donald Trampın administrasiyası TikTok sosial şəbəkəsinə nəzarəti Amerikanın "Oracle” şirkətinə ötürəcək plan üzərində işləyir.Bu barədə şənbə günü ABŞ Milli İctimai Radiosu (NPR) məlumat yayıb.

"Hazırda Ağ Ev tərəfindən müzakirə edilən sövdələşməyə əsasən, Çində yerləşən "ByteDance” şirkətdə payını saxlayacaq. Proqramın alqoritmləri, məlumatların toplanması və proqram təminatının yenilənməsi isə artıq TikTok-un onlayn infrastrukturunun əsasını təmin edən "Oracle” tərəfindən idarə olunacaq”, - məlumatda deyilir.

www.anews.az
Seçilən
18
50
anews.az

10Mənbələr