AZ

Dəniz kənarından sirli "cadugər şüşəsi" tapıldı

Böyük Britaniyada, dənizkənarı Klitorp şəhərində tikinti sahəsində çalışan işçilər 200 illik tıxaclı “cadugər şüşəsi” tapıblar.

Publika.az xəbər verir ki, bu barədə "Unexplained Mysteries" portalında məlumat verilib .

“İnşaatçılar onun köhnə rum (şəkər əsaslı içki) şüşəsi olduğunu güman etdilər və onu açmağı planlaşdırdılar. Məlum oldu ki, şüşənin içərisində rom yox, sidik var”, - nəşr yazır.

Şüşənin tərkibini multispektral skanerdən istifadə edərək Linkoln Universitetinin tələbəsi Zara Yates müəyyən edib.

"Yaxşı ki, menecer içəri girdi və onları dayandırdı", - tələbə deyib.

Seçilən
5
31
publika.az

10Mənbələr