AZ

Türkiyədə qurulan Azərbaycan şirkətlərinin sayı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar-dekabr ayında Türkiyədə Azərbaycan kapitalıilə 194 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrüilə müqayisədə 73 şirkət azdır.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından(TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycanşirkətlərinin məcmu kapitalı 323 milyon 545 min türk lirəsi olduğuhalda, 2023-cü ilin eyni dövründə bu rəqəm 474 milyon 520 min türklirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-dekabr ayındaAzərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (164) qeydiyyataalınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumikapitalı 134 milyon 915 min türk lirəsi təşkil edib”, – deyəTOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-dekabr ayında TürkiyədəAzərbaycan kapitalı ilə 98 ticarət şirkəti qeydiyyata alınıb. Qalanşirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Məqalədə:
Seçilən
7
5
az.trend.az

7Mənbələr