AZ

"Formula 1"ə ayrılmış pulları mənimsəməkdə ittiham olunan Çingiz Mehdiyevin məhkəməsi keçirilib

Bakı. Trend:

2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətininİdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevincinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Trend-inverdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimiLeyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdətəqsirləndirilən şəxsin vəkili vəsatət təqdim edib.

O, vəsatətində bildirib ki, Gürcüstan bankından ÇingizMehdiyevin anasının adına olan pullar vərəsəlik əsasında onunhesabına köçüb. Vəkil bununla bağlı sənədin sübutlara daxiledilməsini istəyib.

Çingiz Mehdiyev deyib ki, sözügedən pullar Gürcüstan bankındaolub:

"Bununla bağlı Gürcüstan bankına müraciət etmişdik. Pullaranamın adına idi. Anam rəhmətə getdikdən sonra vəsait Gürcüstanbankında qalmışdı".

Çingiz Mehdiyev deyib ki, Azərbaycandan aldıqları vərəsəliksənədini əvvəlcə tanınmayıb. Buna görə də, pullar bir müddətGürcüstan bankında ilişib qalıb. Daha sonra vərəsə kimi tanınıb vəpul onun adına köçüb.

Vəkil bildirib ki, Çingiz Mehdiyevin hesabında 857 min dollarpul olub. Onun sözlərinə görə, bu vəsait Bakı Şəhəri HalqasıƏməliyyat Şirkətindən mənimsənilən pullarla uyğun gəlmir.

Müdafiəçi növbəti vəsatətində Gürcüstan bankına müraciətedilməsini və məbləğlərin dəqiqləşdirilməsi üçün həmin maliyyəsənədlərinin məhkəməyə göndərilməsini xahiş edib.

Dövlət ittihamçısı Orxan Səmədov bildirib ki, cinayət işi üzrəlazım olan sənədlər məhkəməyə təqdim edilib və iş materiallarınaəlavə olunub. İttihamçı vəsatətin təmin olunmamasını istəyib.

Məhkəmə məbləğlərin dəqiqləşdirilməsinə görə Gürcüstan bankınamüraciət edilməsi üçün verilən vəsatəti təmin etməyib. Bildirilibki, bu məsələ müşavirə otağında nəzərə alınacaq.

Digər vəsatət təmin olunub. Belə ki, məhkəməyə təqdim olunansənədlər cinayət işinin materiallarına əlavə olunub.

Vəkil digər vəsatətlə hesablama palatasına müraciət olunmasınıvə şirkətdə aparılan audit yoxlamasının nəticələrinin məhkəməyəgöndərilməsini istəyib.

Bu vəsatət də təmin edilməyib.

Növbəti proses 3 fevral tarixinə salınıb.

Qeyd edək ki, Ç.Mehdiyev külli miqdarda dövlət vəsaitinimənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittihamedilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşıMübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsindəaçılıb.

İttihama görə, o, Formula 1 yarışları ərəfəsində marşallar üçüngeyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifarişverərkən malların qiymətini süni şəkildə artırıb. Həmçinin dövlətbüdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olanşirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmişpullar isə qəsdən mənimsənilib.

Həmçinin o, özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaqniyyəti ilə ofşor zonada - Seyşel adalarında cinayətdən xəbərsizanasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsiüçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqaviləbağlatdırıb.

İstintaqla Ç.Mehdiyevin ümumilikdə 397 min 852 min manat dövlətvəsaitini mənimsədiyi üzə çıxıb. Bundan əlavə o, əldə etdiyipulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pulvəsaitlərini xarici banklara köçürərək leqallaşdırıb.

Qeyd olunan əməllərə görə, Ç.Mehdiyevə Cinayət Məcəlləsinin179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yoluilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifəsəlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı)maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxınqiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

İstintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 minmanatını dövlət büdcəsinə geri ödəyib.

Məqalədə:
Seçilən
14
4
az.trend.az

10Mənbələr