AZ

Çinin süni intellek nəhəngi ABŞ şirkətlərini “bombaladı” – Məşhur şirkətlər bir gündə 1.5 trilyon dollar dəyər itirib

Çinin ucuz “DeepSeek AI” çipinin ortaya çıxması ABŞ-nin “Nvidia” kimi süni intellekt (AI) liderlərinin üstünlüyünü təhdid edə bilər.

“Reuters” agentliyi Tokio, Nyu-York və Sinqapurdan yaydığı məlumata görə, investorlar bir sıra texnoloji səhmləri satıblar.

Ötən həftə Çin startapı tərəfindən istifadəyə verilən pulsuz AI köməkçisi “DeepSeek”, mövcud xidmətlərin dəyərinin bir hissəsi üçün daha az məlumat istifadə edir. Bazar ertəsi günü “DeepSeek”-in köməkçisi “Apple” proqram mağazasından yükləmələrdə amerikalı rəqibi “ChatGPT-“ni geridə qoyub.

Bu xəbər texnoloji cəhətdən lider olan “NASDAQ” indeksini 3%-dən çox aşağı salıb. Aparıcı süni intellekt çip istehsalçısı “Nvidia” səhmləri 17%-dən çox ucuzlaşaraq ən pis performans göstərənlər sırasında olub.

Bu günə qədər “Nvidia”şirkəti üçün ən böyük səhm itkisi - 600 milyard dollarlıq azalma ötən sentyabrda baş vermişdi. Hazırda şirkətin itirdiyi bazar dəyəri bundan iki dəfə çoxdur.

“NASDAQ”-da növbəti ən böyük eniş çip istehsalçısı “Broadcom Inc”-in səhmlərində olub — 18%-dən çox azalma. Ondan sonra 2,3% azalma ilə “ChatGPT”-ni dəstəkləyən “Microsoft” gəlir. “Google”-un ana şirkəti olan “Alphabet” isə 3,4% dəyər itirib.

“AzPolitika.info”

Seçilən
31
5
azpolitika.info

10Mənbələr