Əraqçi israillilərin Qrenlandiyaya göndərilməsini təklif etdi
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampa Qəzza zolağının sakinlərini ərəb ölkələrinə köçürmək əvəzinə israilliləri Qrenlandiyaya göndərməyi təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “Sky News” telekanalına müsahibəsində Trampın anklav sakinlərinin mümkün köçürülməsi ilə bağlı sözlərini şərh edərkən bildirib.
“Mənim təklifim başqadır, fələstinlilərin əvəzinə, israilliləri deportasiya etməyə çalışsınlar, onları Qrenlandiyaya göndərsinlər. Bu yolla onlar bir daşla iki quş vura bilərlər”, - Əraqçi deyib.
Qeyd edək ki, yanvarın 25-də Tramp jurnalistlərlə söhbətində bildirib ki, İsrailin hazırkı hərbi əməliyyatları nəticəsində evlərini itirmiş Qəzza sakinlərinin ərəb ölkələrinə köçürülməsini mümkün hesab edir.