AZ

Rusiyada miqrantlara hücum başlayıb

Sankt-Peterburqda miqrant kuryerlərə hücum edən, baş verən hər şeyi videoya çəkərək internetdə yayan iki nəfər polis tərəfindən axtarılır.

Hücumlar Frunze rayonunda baş verib.

“Cebheinfo.az” xəbər verir ki, miqrantlar evlərin yaxınlığında hücuma məruz qalıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları videoya yanvarın 27-də rast gəliblər. Həmin gün qurbanlardan biri, 26 yaşlı miqrant kuryer Frunze rayon polisinə müraciət edib. Onun sözlərinə görə, o, velosipedi ilə sifarişi çatdırarkən bir anda arxadan ayaq səsləri eşidib və dayanıb. Bundan sonra naməlum şəxs onun üzünə bibər qazı vurub.

Zərərçəkmiş əməliyyatçılara bildirib ki, biri üzü qırmızı-ağ şərflə, digəri isə başı şalla örtülmüş iki nəfəri görüb.

Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 1-ci hissəsi (xuliqanlıq) ilə cinayət işi açılıb.

Seçilən
4
50
cebheinfo.az

10Mənbələr