AZ

Putinə qarşı sui-qəsd planlanıb? - PESKOV CAVABLADI: Mümkün deyil, prezident ciddi şəkildə qorunur

Jurnalist Taker Karlson daha əvvəl ABŞ rəhbərliyinin Rusiya liderinə sui-qəsd planlaşdırdığını bildirmişdi.

Turkustan.az xəbər verir ki, Rusiya xüsusi xidmət orqanları dövlət himayəsində olan şəxslərin, o cümlədən Rusiya prezidenti Vladimir Putinin təhlükəsizliyi üçün lazım olan hər şeyi edir. Bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə jurnalist Taker Karlsonun ABŞ rəhbərliyinin guya Rusiya liderinə qarşı sui-qəsd planlaşdırması ilə bağlı açıqlamalarını şərh edərkən vurğulayıb.

Taker Karlsonun fikrincə, Putinə sui-qəsd planları keçmiş ABŞ prezidenti Co Baydenin administrasiyası tərəfindən hazırlanıb. Amerikalı jurnalist onları dəli adlandırıb. Karlsonun fikrincə, ümumiyyətlə, Vaşinqtonda rəhbərlik Moskva ilə intihara meyilli qarşıdurmaya yönəlib, xüsusən də dövlət katibi Antoni Blinkenin məqsədi ABŞ və Rusiya arasında silahlı toqquşmanı sürətləndirmək olub.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
7
23
turkustan.az

10Mənbələr