"Real Madrid"in vingeri Vinisius Juniora 1 milyard avro məbləğdə maaş təklif olunub.
Fanat.Az xəbər verir ki, informasiyanı AS nəşri yayıb.
Xəbərə görə, Səudiyyə Ərəbistanı təmsilçilərindən biri braziliyalı ulduza 5 illik müqavilə fonunda 1 milyard avro ödəməyə hazırdır. Bundan başqa, həmin klubun bu keçid üçün "Real Madrid"in hesabına 300 milyon avro köçürməyi də planlaşdırdığı vurğulanıb.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 26 matça çıxan Vinisius 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat