AZ

Bayden dövründə Putinə sui-qəsd hazırlanıb? – Kremldən açıqlama

Kreml amerikalı teleaparıcı Taker Karlsonun Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd cəhdi ilə bağlı açıqlamasına münasibət bildirib.

Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya xüsusi xidmət orqanları dövlət başçısının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür.

Peskovdan Karlsonun Putinə qarşı ABŞ-nin keçmiş Prezidenti Co Bayden administrasiyası tərəfindən sui-qəsd hazırlanması barədə sözlərinə münasibət bildirməsi istənilib. Rusiya xəbər agentliklərinin verdiyi məlumata görə, Kreml mövzunu ətraflı müzakirə etməyib və ya Vaşinqtonun adını çəkməyib.

“Fox” telekanalının keçmiş aparıcısı Karlson podkastının son hissəsində Bayden administrasiyasının Putinə qarşı sui-qəsd hazırladığını açıqlayıb. O, bu məlumatla bağlı heç bir təfərrüat və ya mənbələr göstərməsə də, mümkün hazırlıqları "dəlilik" adlandırıb. Karlson Baydenin özünün bu barədə planlardan xəbəri olub-olmadığını dəqiqləşdirməyib. Rəsmi Vaşinqton onun sözlərini şərh etməyib.

Bayden Putini "qatil" hesab edirmi” sualına müsbət cavab verib. Teleaparıcı ötən ilin fevralında Putindən, dekabrda isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan müsahibə alıb. Tənqidçilər dəfələrlə jurnalisti sui-qəsd nəzəriyyələri yaymaqda ittiham ediblər.

“AzPolitika.info”

Seçilən
4
8
azpolitika.info

10Mənbələr