Bakı. Trend:
AYNA informasiya sisteminin tərkibində yaradılmış “Etaksi”sistemi vasitəsilə biz artıq taksi xidmətlərinə, taksihərəkətlərinə tamamilə nəzarəti həyata keçirə bilirik. Bütün buişlərin görülməsi sayəsində ilkin müsbət nəticələr əldə edilmişdir.Lakin vətəndaşların mobilliyə olan tələbatının ödənilməsi üçünbütün nəqliyyat vasitələrinin birlikdə fəaliyyətini nəzərə alanyekdil planın hazırlanmasına zərurət var idi.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Yerüstü NəqliyyatAgentliyinin İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyatməsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.
Sədr qeyd edib ki, Sizin göstərişinizlə bu istiqamətdə işləraparıldı və əvvəlcə şəhərə daxil olan bütün axınlarqiymətləndirildi:
"Bəlli oldu ki, gün ərzində 630 mindən çox sərnişin-vətəndaşBakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən300 min avtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər.İstiqamətləri də bəlli oldu. Xüsusən də Sumqayıt-Xırdalanistiqaməti burada böyük paya malikdir. Digər istiqamətlər isə Bakışəhərinin ətrafıdır. Buradan çıxış edərək vahid, əlaqələndirilmiş,inteqrasiya edilmiş nəqliyyat planı hazırlandı və onunistiqamətlərini diqqətinizə məruzə edirəm. Burada iki əsasistiqamət var. Birinci istiqamət yol-infrastruktur layihələrininhəyata keçirilməsidir. 50 yol-infrastruktur layihəsi var idi.Bunlar rəqəmsal əkizdə simulyasiya edildi və ən optimal, ənsəmərəli 9 layihə prioritet siyahısına alınaraq, diqqətinizə məruzəedilmişdir. Bu layihələr üç dairəvi yola aiddir:Bilgəh-Novxanı-Xırdalan-Şamaxı avtomobil yolu, Sabunçu-Sulutəpəavtomobil yolu və birinci dairəvi yolu Ziya Bünyadov prospektinəbirləşdirən dairəvi yoldur. Dairəvi yolların inşası nəticəsindəşəhər mərkəzinin əsas arteriyalarının axınlarının bir hissəsi buyollara keçid edəcək ki, şəhərin mərkəzində boşalma baş versin.Altı digər layihə də şəhər daxilində olan dar boğazların həllolunmasına yönəlmişdir ki, burada nəqliyyat vasitələrinin hərəkətimüəyyən qədər rəvanlaşsın".