AZ

Qəhvənizə bir parça əlavə edin: Qan şəkərini saniyələr ərzində tarazlaşdırır, xolesterolu təmizləyir

Qəhvənizə bir parça əlavə edin: Qan şəkərini saniyələr ərzində

Qəhvə dünyanın bir çox yerində sevilən içkidir, lakin onun faydaları yalnız ayıqlıq və enerji ilə məhdudlaşmır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, qəhvəyə bir çimdik darçın əlavə etmək sağlamlıq baxımından böyük üstünlüklər təmin edə bilər. Darçın qan şəkərini tənzimləyir, insulin müqavimətini azaldır və bu xüsusiyyətləri ilə qəhvə ilə birlikdə qan şəkərini tarazlaşdırmağa kömək edir. Bu, gün ərzində enerji səviyyəsinin yüksək qalmasını təmin edir.

Darçın həmçinin pis xolesterolu (LDL) azaldaraq ürək sağlamlığını dəstəkləyir və damarların elastikliyini artırır. Qəhvə damar genişləndirici təsir göstərdiyi halda, darçın bu təsiri gücləndirərək ateroskleroz riskini azaldır. Bu birləşmə ürək-damar xəstəliklərinin qarşısını almaqda təsirli ola bilər.

Qəhvə və darçın antioksidantlarla zəngindir, iltihabı azaldır və hüceyrə zədələnməsinin qarşısını alır. Həmçinin, darçın immunitet sistemini gücləndirir və infeksiyalara qarşı qoruyucu təsir göstərir.

Beləliklə, səhər qəhvənizə bir az darçın əlavə etmək həm sağlamlığınıza faydalıdır, həm də enerjinizi artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
8
32
e-saglam.az

10Mənbələr