"Qalatasaray"ın ulduz futbolçusu komandadan ayrılmağa yaxındır.
Offsideplus.az xəbər verir ki, Hakim Ziyeş Qətərin "Əl-Duhail" klubuna keçir. Bu barədə "Foot Mercato" məlumat yayıb.
Mərakeşli oyunçu qarşı tərəf ilə bütün məsələlərdə razılığa gəlib. Rəsmi müqavilənin imzalanması an məsələsidir.
Qeyd edək ki, "sarı-qırmızı" forma ilə 34 oyuna çıxan Ziyeş 8 qola, 5 məhsuldar ötürməyə imza atıb.