AZ

Sərnişin təyyarəsi hərbi helikopterlə toqquşdu

Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və "Blackhawk" hərbi helikopteri havada toqquşub.

Milli.Az xəbər verir ki, ABŞ Ordusuna məxsus Black Hawk helikopteri ilə havada toqquşduqdan sonra Potomac çayına düşən regional sərnişin təyyarəsi üçün çoxşaxəli axtarış-xilasetmə əməliyyatı başladılıb.

Federal Aviasiya Administrasiyasının (FAA) ilkin məlumatına görə, PSA Airlines aviaşirkətinə məxsus Bombardier CRJ700 tipli regional sərnişin təyyarəsi yerli vaxtla saat 21:00 radələrində Reyqan Milli Hava Limanına eniş edərkən hərbi helikopterlə toqquşub. Təyyarə Kanzas ştatının Viçita şəhərindən havaya qalxmışdı.

Təyyarədə təxminən 60 sərnişin olub.

ABŞ vitse-prezidenti JD Vance, X platformasında açıqlama yayaraq vəziyyəti nəzarətdə saxladığını bildirib:

Lalə Qüdrətova
Milli.Az

Seçilən
723
12
milli.az

10Mənbələr