AZ

AQTA "Lay's" kartof çipslərinin sağlamlığa yaratdığı risk iddiaları ilə bağlı - AÇIQLAMA YAYDI

AQTA "Lay's" kartof çipslərinin sağlamlığa yaratdığı risk iddialarına görə ABŞ-də bəzi məhsul partiyalarının geri çağrılması ilə bağlı mediada yayılan məlumatlarla bağlı açıqlama yayıb

Qurumdan FED.az-a bildirilib ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib.

Həmçinin qeyd edilib ki, xarici mediada və müvafiq təşkilatlar tərəfindən yayılan bu cür məlumatlar Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi şəkildə təhlil olunaraq, qida təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür.

Seçilən
8
12
fed.az

10Mənbələr