Dövlət qurumu
Satınalma üzrə şöbə müdiri
Son tarix 02 mar 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Satınalma proseslərinin həyata keçirilməsi, strategiyasının araşdırılması və nəzarət edilməsi;
- Satınalma fəaliyyətinin satınalma prosedurlarına, qaydalarına və təlimatlarına uyğun həyata keçirilməsinin təmin edilməsi;
- Satınalma şərtləri və müqavilə öhdəlikləri üzrə danışıqların aparılması və ona nəzarət etmək;
- Satınalmalar zamanı tələbatın düzgün müəyyənləşdirilməsi və illik satınalma planının hazırlanması;
- Keçirilmiş satınalmalar üzrə hesabatların hazırlanması və ona nəzarət etmək;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq satınalmaların təşkilində iştirak etmək;
- Dövlət satınalmaları ilə bağlı müvafiq məktub və digər sənədləşmə işlərinin təşkilinin həyata keçirilməsi təmin etmək;
- Tender prosesinin bütün mərhələlərində iştirak etmək və müvafiq protokolların hazırlanmasına və imzalanmasına nəzarət etmək;
- Şöbə əməkdaşları arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək;
- Şöbənin fəaliyyətinin təşkil edilməsi və effektivliyi, səmərəliliyi təmin etmək məqsədi ilə şöbə üçün hədəflər təyin etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Təhsil: Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarə olunması, iqtisadi idarəetmə və s. əlaqəli sahələr);
- İş təcrübəsi: Müvafiq sahə üzrə 3-5 ilə qədər iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus dili və ya ingilis dili biliyi üstünlükdür;
- Kompüter bilikləri: 1C və MS Office proqramlarını bilmək;
- Analitik təhlil, problem həll etmə qabiliyyəti;
- Komandada işləmə və əməkdaşlıq etmə bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və çeviklik;
- Yüksək səviyyədə ünsiyyət, liderlik və qərarvermə bacarığı.
Əmək şəraiti:
- İş rejimi: 5 günlük
- İş vaxtı: 9:00-18:00
- Nahar vaxtı: 13:00-14:00
- İstirahət günü: şənbə, bazar
- Əmək haqqı: 1800+bonus
- İş yeri: Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə şöbə müdiri" yazaraq, qeyd edilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.